Brilliant Dadaşova Türkiyədə ev alıb

Brilliant Dadaşova Türkiyədə ev alıb
2395 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova “ATV Maqazin”ə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, müğənni oğlu Cahaddan bəhs edib:

“Oğlum onun fotosunu paylaşmağımı xoşlamır. Bu yaxınlarda mənə bir şəklini göndərdi. İcazə aldım ki, sosial şəbəkədə paylaşım? Dedi: “Hə" demirəm, "yox" da desəm, inciyəcəksən. Özün bil”. Mən də paylaşdım”.

B.Dadaşova “Deyirlər, Türkiyədə ev almısınız” sualını təsdiqləyib:

“13-14 yaşımdan işləyirəm, halal zəhmətimlə qazanıram. İstedadımla öz musiqimi tamaşaçıya çatdırmışam. Bu qədər zəhmətim var, deyirsiz bir evim də olmasın? Özüm üçün bir ev, bir maşın almışam”.