"Böyük səhv etdim"

"Böyük səhv etdim"
3566 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Emil Bədəlov klassik mahnılara müraciət etməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi müasir bəstəkarların musiqilərini bəyənmədiyini deyib:

"Hamısı bir-birinə oxşayan, şablon mahnılardır. Mən gənc bəstəkarların əsərlərini oxumaq istəmirəm. Özümü bəstəkar kimi sınamaq fikrim də yoxdur. Müğənniyəm, işim oxumaqdır. Sənətçinin başqa işlə məşğul olmasına yaxşı baxmıram. Bir ara aparıcılıqla məşğul oldum. Böyük səhv etdim. İndi təklif gəlsə də, razılaşmıram".

Emil kliplərini xaricdə çəkdirən həmkarlarına da irad tutub:

"Pulları çoxdur, ona görə gedirlər xaricə. "Mən evə qayıdıram" filmində rol almışam. Çəkiliş zamanı gördüm ki, Azərbaycanda ən səviyyəli, bahalı texnika var. Bizim gənc rejissorlarımız da istedadlıdırlar, elə ideyaları var ki... Onlar yığışıb film çəksələr, Hollivuda belə çıxa bilərlər. Ona görə də klip üçün xaricə getməyi lazımsız bilirəm".