Bakıda moda günləri başladı - fotolar

Bakıda moda günləri başladı -  fotolar
2761 dəfə oxunub
  • A-
  • A
  • A+

“Baku Fashion Nights 2015” moda günlərinə start verilib.

Axşam.az-ın məlumatına görə, gecədə əvvəlcə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, modelyer Gülnarə Xəlilova, türkiyəli modelyer Yıldırım Mayruk, model Günay Musayeva və digər tanınmışların iştirakı ilə mətbuat konfransı baş tutub. 

Martın 15-dək davam edəcək moda günlərində modelyerlərin yeni kolleksiyaları nümayiş olunacaq.

F.Xələfova təqdim edəcəyi kolleksiyasında bir neçə geyimi ipək parçadan hazırladığını vurğulayıb:

"Dekor kimi güzgü parçalarından istifadə etmişəm. Libaslarda buta naxışı əks olunub".

G.Xəlilova "Dəfiləmdə 20-dən çox geyim yer alacaq. Əksəriyyəti isə toxunmadır. 2010-cu ildə Çində keçirilən moda yarışında "Ən gözəl ziyafət geyimi" nominasiyasında qalib gələn gəlinliyi də burada təqdim edəcəm" deyə, bildirib. 

Yıldırım Mayruk moda günləri çərçivəsində 66 geyim təqdim edəcəklərini söyləyib.

Konfransdan sonra “Baku Fashion Nights 2015”in açılışı olub. İlk olaraq F.Xələfovanın yeni kolleksiyası dəbsevərlərin ixtiyarına verilib. Sonda isə gənc modelyerlərin yaz-yay kolleksiyaları nümayiş edilib. 

Qeyd edək ki, martın 14-də G.Xəlilovanın, 15-də isə Yıldırım Mayrukun dəfiləsi baş tutacaq. 

Mayruk geyimləri qardaş ölkədə yaşayan model Günay Musayevaya həvalə olunub.

Türkiyəli modelyer gecədə eyni zamanda 50 illik yubileyini də qeyd edəcək.

Foto: Ramin ASLANOV