"Bir insanı 20-30 il sevə bilməzsən"

"Bir insanı 20-30 il sevə bilməzsən"
3751 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədova sevgidən danışıb.

Axşam.az-ın məlumatına görə, aktrisa bütün istəyini qızına həsr etdiyini deyib:

"İnsan 60-yaşında belə sevə bilər. Sevgi bitmir deyirlər, yanlışdır. Bir insanı 20-30 il sevə bilməzsən. O artıq öyrəşməkdir. Sonra onu övlad əvəzləyir. Mənim bütün istəyim, sevgim qızıma aiddir. Bu sevgini heç kim əvəzləyə bilməz. Heç həyat yoldaşı da. Əvvəl deyirdim sənətimi çox sevirəm. Amma övladım onun yerini tutdu. Həyatımı onsuz təsəvvür etmirəm".