Elnurun "Eurovision"a gedəcəyi dəqiqləşdi - bu mahnını oxuyacaq

Elnurun "Eurovision"a gedəcəyi dəqiqləşdi -  bu mahnını oxuyacaq
6359 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın İctimai Televiziyası (İTV) ölkəni bu il "Eurovision" Mahnı Müsabiqəsində təmsil edəcək olan müğənninin adını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, dünyanın ən məşhur mahnı yarışmasında ölkəmizi Elnur Hüseynov təmsil edəcək. O, mistik və müasir ballada “Hour of the Wolf” mahnısını səsləndirəcək. 

Təəssüratlarını bölüşən E.Hüseynov bunları deyib:

“Eurovision 2015" özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Mahnıma güvənirəm, çünki onun çox güclü ismarışları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır. Biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. "Eurovision"a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm”.

Qeyd edək ki, 2015-ci il fevralın 18-də Elnur “O səs Türkiyə”nin qalibi olub. 

O, mayın 21-də "Eurovision"ın ikinci yarımfinalında çıxış edəcək.

2008-ci ildə Elnur Samir Cavadzadə ilə "Eurovision"a qatılaraq “Day After Day” adlı mahnı oxumuşdu. 

E.Hüseynov 1987-ci il mart ayının 3-də dünyaya gəlib. Musiqini beş yaşında, piano və vokal dərslərinə qatılaraq öyrənməyə başlayıb. Daha sonra Elnur digər musiqi janrlarını sınamağa başlayıb – klassik musiqi, caz, soul və pop. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və Dövlət Filarmoniyasında da çalışıb. Daha sonra isə Elnur amerikalı caz vokalisti Deborah J. Carter də daxil olmaqla yerli və xarici səs təlimçilərinin bələdçiliyi altında öz ifaçılıq texnikasını inkişaf etdirib.

Elnur bu il ikinci dəfədir ki, Eurovision səhnəsinə çıxacaq.

"Eurovision"dan sonra Elnurun musiqi karyerasında gözlənilməz dönüş baş verdi. Elnur məşhur “Notre-Dame de Paris’” müziklının Azərbaycan versiyasında əsas rollardan birini ifa etdi. O, Kvazimodonun antoqonisti olan Foebusu canlandırırdı.

Bu il Vyanada keçiriləcək olan Eurovision Mahnı Müsabiqəsində Elnur öz ifaçılıq məharətini avropalılara yenidən nümayiş etdirmək imkanı əldə edəcək – bu dəfə bir solo ifaçı olaraq.