Övladları Hüseyn Dəryanın məzarını ziyarət edib - fotolar

Övladları Hüseyn Dəryanın məzarını ziyarət edib -  fotolar
6496 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum reper Hüseyn Dəryanın ölümündən bir il ötüb.

Axşam.az-ın məlumatına görə, sənətçinin ilk evliliyindən olan qızı Ayşə və ikinci nikahından dünyaya gələn oğlu Cahangir onun məzarını ziyarət edib.

Qeyd edək ki, ötən il 14 martda H.Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb. Ağır xəsarətlər alan sənətçi mart 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.