Elnarə Kubatla konsert verəcək

Elnarə Kubatla konsert verəcək
1164 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova Türkiyədə "Enbe" orkestri ilə birlikdə konsert verəcək.

Axşam.az-ın məlumatına görə, "TRT Avaz"ın təşkil edəcəyi musiqi axşamı Novruz bayramına həsr olunacaq.  

İki saat davam edəcək konsert martın 21-də sözügedən telekanalda canlı yayımlanacaq. E.Xəlilova konsertdə xalq və klassik Azərbaycan mahnıları səsləndirəcək. O, səhnəni türkiyəli ifaçı Kubatla bölüşəcək. Gecədə hər iki ifaçının tamaşaçılara sürprizi olacaq.