İbrahim Tatlısəs komadan ayıldı

İbrahim Tatlısəs komadan ayıldı
4109 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikada beyin əməliyyatı olunan müğənni İbrahim Tatlısəs 6 gün sonra komadan ayılıb.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, meneceri Eyyub Kanat sənətçinin gözlərini açdığını və reanimasiyadan palataya köçürüldüyünü açıqlayıb:

“İbrahim bəy oyandı. Ancaq ağrısı çox olduğu üçün həkimlər dərmanlar vasitəsilə onu yenidən yatırdırlar. Bir neçə gün sonra hər şey yoluna düşəcək. Beyin funksiyaları normal işləyir. Qorxulu heç nə yoxdur. Bir ay fiziki terapiyadan keçəcək. Xanımı Ayşəgül Yıldız və qızı Elif Ada onun yanındadırlar”.

Xatırladaq ki, martın 9-da əməliyyat edilən İ.Tatlısəs komaya düşmüşdü və sənətçinin vəziyyətinin ağır olduğu deyilirdi.