İlhamə Quliyeva doğma atasının kimliyini açıqlayıb

İlhamə Quliyeva doğma atasının kimliyini açıqlayıb
4572 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti İlhamə Quliyeva ilk dəfə doğma valideynindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Onlar"a açıqlamasında əsl atasının Həbib Bayramov yox, Məzahir Quliyev adlı şəxs olduğunu deyib:

“Quliyeva İlhamə Məzahir qızıyam. Mənə Şöhrət ordeni təqdim ediləndə vəsiqədə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Anam Tükəzban xanım atamdan ayrılandan sonra onunla ailə qurub. Onlar bir-birini çox sevib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə qalıb".