“Xoş gəlmisən, Novruzum” adlı konsert keçiriləcək

“Xoş gəlmisən, Novruzum” adlı konsert keçiriləcək
1279 dəfə oxunub
  • A-
  • A
  • A+

Novruz bayramı münasibəti ilə martın 25 –də Heydər Əliyev Sarayında "Açıq qapı" günü keçiriləcək.

Axşam.az-ın məlumatına görə, “Xoş gəlmisən, Novruzum” adlı bayram konsertinə giriş sərbəst olacaq.

Mərasimdə əməkdar artistlər Teyyub Aslanov, Gövhər Rzayeva (qarmon), Səlim Abbasov (skripka),  müğənnilər Samir Piriyev, Yaşar Cəlilov, Günay İbrahimli, Vasif Məhərrəmli, Nazim Məmmədov, Mirkamil Kamilov, Gülay Zeynallı, Rəşad İlyasov, Nicat Cəfərzadə, Əbdül Xalid, Amil Həsənoğlu, Aslan Hüseynov, Solmaz Kosayeva (aşıq), Şəhla Həmidova, Elcan Rzayev, Səidə Dadaşova, “Dostlar" qrupu,  “Komedi.az”, "Kolorit” rəqs qrupu iştirak edəcəklər.

Konsert saat 19:00 –da başlayacaq.

"Açıq qapı" günü Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri cəmiyyətləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri üçün nəzərdə tutulub.