Türkiyənin məşhur sənətçisi dünyasını dəyişdi

Türkiyənin məşhur sənətçisi dünyasını dəyişdi
7316 dəfə oxunub
  • A-
  • A
  • A+
Türk xalq mahnılarının ifaçısı, məşhur “Ormancı” bəstəsinin müəllifi Nazmi Yüksələn dünyasını dəyişib.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, uzun müddətdir səhhəti ilə bağlı xəstəxanada yatan sənətçinin vəziyyəti ağırlaşdığından onu reanimasiya şöbəsinə yerləşdirməli olublar. Lakin N.Yüksələn nəfəs çatışmazlığından həyatını itirib.

Qeyd edək ki, 1926-cı ildə anadan olan Nazmi Yüksələn ifaçılıqla yanaşı, radioda da işləyib. O, üç filmin dublyaj musiqisini yazıb və 42 ədəd val çıxarıb.

1982-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “Dövlət sənətçisi” fəxri adına layiq görülüb.