Ölkəsini tərk etdiyi deyilən aparıcıdan açıqlama

Ölkəsini tərk etdiyi deyilən aparıcıdan açıqlama
2197 dəfə oxunub
  • A-
  • A
  • A+
Siyasətçi Boris Nemtsovun qətlindən sonra təhdidlərlə üzləşdiyi üçün Rusiyanı tərk etdiyi deyilən teleaparıcı Kseniya Sobçak yayılan informasiyalarla bağlı açıqlama verib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, aparıcı ölkədən getmədiyini və hələ ki, belə bir fikirdə olmadığını bildirib.

Xatırladaq ki, Kseniya Sobçakın prezident Vladimir Putinə təqdim edilən “növbəti güllələnəcək şəxslər” siyahısında adı olduğu və xüsusi xidmət orqanlarının məsləhəti ilə vətənini tərk etdiyi deyilirdi.