Sabah paytaxtda bayram tonqalı yandırılacaq

Sabah paytaxtda bayram tonqalı yandırılacaq
1033 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda Novruz bayramının ilaxır çərşənbəsi ilə bağlı martın 17-də tədbirlər keçiriləcək.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, Novruzun qəhrəmanları sayılan Keçəl, Kosa və Bahar qızının iştirakı ilə yanar dağdan gətirilən alovla bayram tonqalları alovlandırılacaq.

Dəvə, süvari və faytonlardan ibarət bayram karvanı Bakının əsas inzibati rayonlarının ərazisindən keçəcək.

Qoşa Qala qapısının qarşısındakı Gənclər meydanında ilaxır çərşənbəsi münasibətilə tonqal yandırılacaq, incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.