Polislər telefonun sahibini belə tapdılar

Polislər telefonun sahibini belə tapdılar
2269 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollandiyanın paytaxtı Amsterdamda iki qadın polis küçədə tapdıqları mobil telefonun sahibini “selfie” vasitəsilə axtarıblar.

Axşam.az xarici mətbuata əsasən xəbər verir ki, polislər selfi çəkdirərək telefon sahibinin "Facebook" hesabına yükləyərək bu qeydi yazıblar:

“Telefonunu küçədə tapdıq. Mərkəzi qatar stansiyasında olan polis məntəqəsindəyik. Gəlib götürəcəksən? Gəlmək istəsən, bura zəng vur”.

Qadın polislərin uniformalı şəkli istifadəçinin "Facebook" dostları arasında maraqla qarşılanıb. Kimi polislərdən yeni selfi istəyib, kimisi də onları yeməyə dəvət edib.