Tanınmış yazıçı ikinci kitabı barədə danışıb

Tanınmış yazıçı ikinci kitabı barədə danışıb
864 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bülbülü öldürmək” adlı yeganə əsəri ilə məşhurlaşan Harper Li ikinci kitabı barədə danışaraq şübhələrə son qoyub. 

Axşam.az Guardian-a istinadən xəbər verir ki, cəmi bir əsəri ilə Nobel, Pulitzer kimi nüfuzlu mükafatlar alan yazıçı Harper Linin keçən ay çıxardığı ikinci romanı xeyli müzakirə olunmuşdu. Bəziləri 88 yaşlı yazıçının ikinci əsərinə sevinsə də, digərləri nəşriyyat evinin kitabı qoca qadının ruhi sağlamlığının zəifləməsindən istifadə edərək çap etdiyini iddia etmişdi.

Bundan sonra, yazıçının ruhi sağlamlığının yerində olub-olmaması ilə bağlı istintaq başlanıb. Alabama əyaləti tərəfindən aparılan istintaqda Harper Linin ruhi vəziyyəti yerində olması bəlli olub:

“Xanım Linin vəziyyəti ilə bağlı onunla görüşdük, kitabının nəşrindən xəbərdar olduğunu və bunu çox istədiyini aydın şəkildə ifadə etdi”.

Qeyd edək ki, yazıçı "Go Set a Watchman" adlanan ikinci romanını 50-ci illərdə yazıb. Kitab Amerikada 2 milyon tirajla satışa çıxarılıb.