Mikrofonu açıq qalan milyarder özünü ələ verdi və həbs olundu

Mikrofonu açıq qalan milyarder özünü ələ verdi və həbs olundu
3405 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı milyarder Robert Derst həbs olunub.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, haqqında sənədli film çəkilən iş adamı fasilə zamanı mikrofonu söndürməyi unudub və özünü ələ verib. Belə ki, Robert indiyədək törətdiyi cinayətləri etiraf edib.

Öz-özünə danışan 71 yaşlı milyarder “Mən nələr etmişəm. Əlbəttə hamısını öldürmüşəm” deyib. Həyat yoldaşı Katlin və rəfiqəsi, mafiya üzvünün qızı Suzan Bermanı nəzərdə tutan R.Derst dərhal polis tərəfindən həbs edilib.

Qeyd edək ki, 1982-ci ildə itən və daha sonra cəsədi tapılan Katlinin qətlində Derst şübhəli bilinsə də, sübut olmadığından tutulmamışdı.

Suzan isə 2000-ci ildə evində silahla qətlə yetirilib. O, Derstin xanımı Katlinin itməsi ilə bağlı başlanan istintaqın gedişində öldürülmüşdü.

Bundan başqa, Robert 2011-ci ildə qonşusu Morris Blakı qətlə yetirib. Lakin sübutlar kifayət etmədiyindən məhkəmə onu sərbəst buraxmışdı.