“Oğlum məni qısqanır” – Xumar Qədimova

“Oğlum məni qısqanır” –  Xumar Qədimova
4292 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən hər zaman fərqli qadın olmuşam. Bu, gözəl əlamətdir. Fərqli gözəlliyə, səsə, ifaya sahib olmaq bəxtəvərlikdir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Gündəlik” verilişində qonaq olan müğənni Xumar Qədimova deyib. Sevgidən danışan ifaçı həyatında heç kimin olmadığını bildirib:

“Fərqlilik hamıdan seçilmək deməkdir. Hamı kimi sıradan biri olmaq üzücüdür. Heç bir sevgi yaşamıram. Ürək sevgisi yaşayıram. Oxuduğum nəğmələri ərsəyə gətirən də odur. Xumarın sevgisindən heç yoxdur, ola da bilməz”.

Oğlundan danışan X.Qədimova Uğurun onu qısqandığını deyib:

“Övladımın 20 yaşı var, universitetdə oxuyur. Anasını çox qısqanır, sevir və qoruyur”.