Qaraqan beynəlxalq festivalda çıxış edəcək

Qaraqan beynəlxalq festivalda çıxış edəcək
1647 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il Qaraqan Azərbaycanı Texas ştatı, Ostin şəhərində keçirilən nüfuzlu South by Southwest 2015 (SXSW) beynəlxalq festivalında təmsil edəcək.

Axşam.az-ın məlumatına görə, Qaraqan festivalda "Spoken word & rap poetry" janrında çıxış edəcək yeganə ifaçıdır. Onun çıxışı martın 18-də olacaq.

Qeyd edək ki, festival 1987-ci ildə start götürüb və o zamandan dünyada ən böyük miqyaslı musiqi hadisəsi hesab olunur. Çox az adama məlumdur ki, məhz SXSW dünya musiqisinə Ketti Perri, Ceyms Blant, Con Meyer kimi ulduzları verib. SXSW Interactive çərçivəsində ilk dəfə olaraq, twitter, foursquare və digər layihələr təqdim olunub.

Mənbə: buro247.az

Hər il festivalın təşkilatçıları bütün dünyadan 15 mindən çox müraciət qəbul edirlər və yalnız 1500 musiqiçi hazırda rəsmi təmsilçilərin arasındadır.