“Stiv Cobs ixtiraçı deyildi”

“Stiv Cobs ixtiraçı deyildi”
1067 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı  rejissor Aleks Gibni “Apple” şirkətinin yaradıcısı barədə maraqlı açıqlamalar verib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Oskar" mükafatlı rejissor “Apple” qurucusu Stiv Cobs haqda sənədli film çəkib. Ekran işində Cobsla yaxın münasibətdə olan 50-yə yaxın insan yer alıb.

Dünyanın ən yaxşı sənədli film rejissorlarından sayılan Gibni çəkilişlərdən sonra Cobs haqqında fikrinin dəyişdiyini deyib:

“Mən də hamı kimi Stiv Cobsu ixtiraçı kimi bilirdim. İndi onu işçilərini yaxşı motivasiya edən güclü lider və hekayə danışmağı bacaran biri kimi görürəm. Ancaq Cobsun danışdığı hekayələrin çoxu heç də real deyil. Filmi izləyənlər nə demək istədiyimi başa düşəcəklər.”

Rejissor “Apple” şirkətinin işçilərinin kobud, özündənrazı olduqlarını vurğulayıb və filmdə çəkilmək istəmədiklərindən şikayətlənib.

Qeyd edək ki, Aleks Gibni “Scientology” təriqəti barədə çəkdiyi sənədli film ilə ciddi tənqidlərlə üzləşmişdi.