Angela Merkel haqda bədii film çəkilir

Angela Merkel haqda bədii film çəkilir
896 dəfə oxunub
  • A-
  • A
  • A+
Almaniya kansleri Angela Merkel haqda bədii film çəkilir.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "AVE Gesellschaft fur Fernsehproduktion” prodüser şirkəti tərəfindən lentə alınacaq ekran işi “Angela Merkel” adlanacaq.

Film 2017-ci ildə nümayiş olunacaq.

Baş rolda çəkiləcək aktrisanın adı hələ bəlli deyil.

Ssenarini “Der Spiegel” jurnalının tanınmış jurnalisti Dirk Kurbyuvatın yazması gözlənilir.

Dirk daha əvvəl də Merkelin həyatına aid yazılmış bir çox kitabın müəllifidir. Kansleri müasir dövrün ən maraqlı siyasətçilərindən adlandıran jurnalist deyib:

“Mən artıq neçə ildir ki, onun siyasi yolunu izləyirəm. Bəzən onun haqqında tənqidlərim də olur, ancaq ona heyranam. Merkel şarmlı xanımdır və hər yerdə tanınır. Onun həyatını ekranlaşdırmaq və bütün dünyaya nümayiş etdirmək vaxtıdır”.