Qızını böyütmək üçün 43 ildir kişi qiyafəsi geyinir

Qızını böyütmək üçün 43 ildir kişi qiyafəsi geyinir
3837 dəfə oxunub
  • A-
  • A
  • A+
Misirin Luksor şəhərində qızını böyütmək üçün 43 ildir kişi qiyafəsində işə gedən 64 yaşlı Sisa Abu Daooh adlı qadın “İlin anası” seçilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Sisa 21 yaşında ərə getdikdən qısa müddət sonra həyat yoldaşı dünyasını dəyişib.

Həm özünü, həm də bətnindəki körpəni ac qoymamaq məcburiyyətində qalan ana kişilərin arasında iş tapa bilməyin çətinliyini görüb və qarşı cins kimi geyinməyə başlayıb. Özünü kişi cildinə salan Sisa tikintidə, tarlalarda işləyib.

Qızını ərə verdikdən sonra isə Sisa Abu Daooh kürəkəni iflic olduğundan həm də ona qulluq etmək məcburiyyətində qalıb.

O, hələ də kişi qiyafəsində qatar stansiyalarında çalışır və ayaqqabı boyamaqla məşğul olur.