"Körpü" şouda baş verənlər - fotolar

"Körpü" şouda baş verənlər -  fotolar
3316 dəfə oxunub
  • A-
  • A
  • A+

“Li-li group” və “Mərdan” yapımın birgə layihəsi olan “Körpü” şounun bu dəfəki bayram əhval-ruhiyyəli buraxılışının qonaqları meyxanaçı Namiq Qaraçuxurlu,  Türkiyədən “Arka sokaklar” serialının aktrisası Fliz Taçbaş və müğənni Berksan olub.

Axşam.az-ın məlumatına görə, sənətçilər canlı ifaları ilə efiri daha da maraqlı ediblər.

Aparıcı Aynur Hacıyeva yeni verilişlə bağlı xəbər verib:

“ Fliz Hande Yenerlə oxuduğu dueti oxudu. Kiçik səhnə qurduq, onun duet ortağı Hande Yenəri mən əvəzlədim. Namiq Qaraçuxurlunun bədahətən meyxana söyləməsi verlişə rəng qatdı . Türkiyə mətbuatına meyxana haqqında məlumat verdim. Namiq də mənim bu jestimi görüb bədahətən veriliş və mənim aparıcılığım haqqında maraqlı meyxana söylədi. Qardaş ölkədə tamaşaçılar “Körpü”nü Azərbaycan telekanalına qoşularaq izləmək həvəsindədirlər".

Qeyd edək ki, Leyla Babayeva da hər verliş olduğu kimi ansamblın müşayiəti ilə Azərbaycan  mahnıları səsləndirib. Verilişin sözügedən buraxılışına martın 22-də, saat 22:50-də Xəzər telekanalında baxa bilərsiniz.