“İngilislər çay dəmləyə bilmir”

“İngilislər çay dəmləyə bilmir”
1729 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərənin College London Universiteti (UCL) tərəfindən aparılan araşdırmaya görə, ingilislər çayı səhv dəmləyirmişlər.

Axşam.az Telegraph qəzetinə istinadən xəbər verir ki, araşdırma ilə məşğul olan Mark Miodovnik ingilislərin çay dəmləməyindən narazılığını dilə gətirib:

“Əlbəttə, hər kəs çayı zövqünə görə dəmləyir. İngilislər çayı dəmdə 5 dəqiqədən artıq saxlamırlar, ancaq bir az gözləsələr, onun daha dadlı olduğunu görərlər”.

Çayın tərkibində 30 min fərqli molekulun birləşdiyini deyən Miodovnik onların özlərini biruzə verməsi üçün vaxt lazım olduğunu deyib.

Miodovnik çayın südlə içilməsinin də düzgün olmadığını vurğulayaraq, onu heç olmasa dəmlənmə vaxtında deyil, sonradan tökülməsini məsləhət bilib.