Müğənnilərimizin Almaniya qalmaqalı haqda açıqlama

Müğənnilərimizin Almaniya qalmaqalı haqda açıqlama
8069 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyada Novruz şənliyinə qatılan müğənni Natavan Həbibi həmkarları Səidə Sultan və Elnur Məmmədovla Kanal Avropa "Duisburg eudu" kanalında yayımlanan "Ersoy show" verilişini aldatmaları haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, "Qafqazinfo"ya açıqlamasında müğənni  Almaniyaya gec çatdıqları üçün verilişdə iştirak etmədiklərini bildirib:
 
"Verilişdə iştirak etməmək bizdən asılı olmadı. Almaniyaya  bəzi səbəblərdən gec çatdıq. Biz orada olanda artıq yayım başlamışdı. Ona görə də canlı yayımda iştirak edə bilmədik. Əsas odur ki, konserti uğurla başa vurduq. Həmvətənlərimizə bayram əhval-ruhiyyəsi bəxş etdik. Nəinki həmvətən, yerli izləyicilərin də qarşısında Azərbaycanı layiqincə təmsil etdik. Əsas məqsədimiz də elə bu idi".

Qeyd edək ki, Anspress-in yaydığı məlumata görə, "Ersoy show" verilişinə dəvət alan müğənnilərimiz proqramda iştirak etməyə razılıq veriblər. 2 saatlıq verilişin müddəti 3 saata qədər artırılıb ki, Azərbaycan Avropada geniş şəkildə təbliğ olunsun. Lakin proqramın başlamasına 2 saat qalmış müğənnilər gələ bilməyəcəklərini söyləyiblər.