“Heç kim bunu görmək istəməz”

“Heç kim bunu görmək istəməz”
4353 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın Çikaqo şəhərində düz bağırsaq xərçəngi ilə mübarizədə üçün qeyri-adi kampaniya başlanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, avtobus oturacaqlarının arxalarında “Heç kim bunu görmək istəməz, həkiminizdən başqa. Düz bağırsaq xərçəngi ən ölümcül ikinci xərçəngdir. Ancaq erkən müayinə olunarsa, müalicə ilə sağalma ehtimalı ən yüksək olan xərçəng növüdür” – deyə yazılar yazılıb.
"Meredith’s Miracles" adlı xeyriyyə təşkilatının apardığı kampaniyanın məqsədi insanları məlumatlandırmaq və müayinələrə səsləməkdir.

Qeyd edək ki, Amerikada 136 min 830 insan keçən il düz bağırsaq xərçəngindən dünyasını dəyişib.