Yanukoviçin oğlu Baykal gölündə boğuldu - video

Yanukoviçin oğlu Baykal gölündə boğuldu - video
3789 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynada baş vermiş xaosdan sonra ölkəsini tərk edən keçmiş prezident Viktor Yanukoviçin kiçik oğlu Viktor Baykal gölündə boğulub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buz üzərində selfi çəkmək istəyən Viktor suda batıb. Əvvəlcə Kiyev-Moskva arasında davam edən təbliğat savaşının bir hissəsi olduğu düşünülən ölüm xəbəri daha sonra ukraynalı siyasətçi Oleq Tsarev tərəfindən təsdiqlənib.

Rusiyaya sığınan ailənin kiçik oğlunun özünə Davidov soyadını seçməsi məlum hadisədə çaşqınlığa səbəb olub.

Belə ki, Rusiya Fövqəladə Hallar Nazirliyi təkidlə Viktorun Yanukoviçin oğlu olmadığını iddia edirdi. Lakin ailənin yaxın dostu kimi də tanınan Oleq Tsarev faktı təsdiqləyib:

“6 dost birlikdə buz bağlamış Baykal gölündə selfi çəkmək istəyib. Lakin buzun çatlamasından sonra dostların içərisində olduqları avtomobil batmağa başlayıb. 5 nəfər xilas edilsə də, təhlükəsizlik kəməri bağlı olan Viktor suda batıb”.