Canəli Əkbərov Novruz xatirələrindən danışıb - video

Canəli Əkbərov Novruz xatirələrindən danışıb -  video
1642 dəfə oxunub
  • A-
  • A
  • A+

Region TV-də yayımlanan “Şou məkan” verilişinin komandası Aşıq Samirə ilə birlikdə xalq artisti Canəli Əkbərovun evinə papaq atıb.

Axşam.az-ın məlumatına görə, ifaçı qonaqlara Novruz bayramı ilə bağlı xatirələrindən danışıb:

“Uşaq vaxtı bayram ərəfələrində atamla ceyran ovlamağa gedərdik. O dövrün bayramları başqa cür idi. Papaq da atmışam, qulaq falına da çıxmışam. Onuncu sinifdə imtahana hazırlaşırdım deyə, qulaq falına çıxdım. Eşitdim ki, anam atama deyir: "Narahat olma, o, kəlləli uşaqdır, hər şey yaxşı olacaq". Hər şey yaxşı da oldu".