Saxta intihar mesajına görə həbs olunub

Saxta intihar mesajına görə həbs olunub
1745 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikada "Facebook" vasitəsilə intihar mesajı yayımlayan şəxs həbs olunub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Şeyn Task adlı şəxs özünü Qızıl Körpüdən asacağını bildirib. Onun statusunu oxuyan dostlarından biri dərhal polisə xəbər verib, ancaq Taskın yalan danışdığı məlum olub.

48 yaşlı şəxs saytın “intiharın qarşısını alma mexanizmini” yoxlamaq üçün bu addımı atdığını deyib. Polis nəzarətinə alınan Task 3 gün psixoloq nəzarətində qalacaq.

"Facebook" isə onun hesabını artıq bağlayıb.

Qeyd edək ki, Task evlidir və iki övladı var. İxtisasca elektrikdir.