Bu saat nə qədər ömrünüzün qaldığını göstərir

Bu saat nə qədər ömrünüzün qaldığını göstərir
2850 dəfə oxunub
  • A-
  • A
  • A+
“Apple Watch” üçün hazırlanan “Life Clock” tətbiqetməsi nə qədər ömrümüz qaldığını göstərəcək.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Life Clock” adlı tətbiqetmə ümumi sağlamlıq göstəricilərini nəzərə alaraq istifadəçinin qalan ömrünü hesablayır və saat o ana doğru irəliləyir.

İdman etdikdə, sağlam qidalandıqda saatlar, günlər uzanır. Yüngül bir salat yeyəndə həyatınız 36 dəqiqə artır, siqaret çəkəndə isə əksinə, ömrünüz 25 dəqiqə azalır.

Bununla “Apple Watch” istifadəçilərinə “həyatınız öz əlinizdədir” mesajını verməyi və sağlam həyat tərzini təbliğ etməyi hədəfləyir.