Bədii film üçün ssenari müsabiqəsi elan edilib

Bədii film üçün ssenari müsabiqəsi elan edilib
1256 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə "Geniş baxış" tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edilib.

Mədəniyyət və Turizm Nazirliyindən axşam.az-a verilən məlumata görə, müsabiqənin məqsədi yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək vermək, bu filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılmasını təmin etmək və bununla Azərbaycanda kino sənayesinin inkişafına təkan vermək, eyni zamanda müasir dövrümüzdə kino sahəsində mühüm yer tutan "prodüser kinosu" anlayışını ölkəmizdə tətbiq etmək və gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır. Həmçinin xarici kino təşkilatlarını yerli prodüser mərkəzləri ilə "co-production" layihələrinə cəlb etmək və birgə çəkilmiş filmlərin beynəlxalq kino məkanına çıxışını təmin etmək məqsədini də daşıyan müsabiqənin nəticəsini Azərbaycan Prodüserlər Gildiyasının 14 təsisçi üzvü öz aralarında keçirəcəkləri gizli səsvermə yolu ilə müəyyən edəcəklər.

Müsabiqənin qalibləri 2013-cü il mayın 10-da açıqlanacaqdır. Səsvermə yolu ilə seçilmiş 2 ssenarinin ekranlaşdırılması maliyyələşdiriləcəkdir.