Brilliant Dadaşova "təhqiramiz status"la bağlı danışdı

Brilliant Dadaşova "təhqiramiz status"la bağlı danışdı
2661 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova bu gün mətbuatda “Facebook”da tərbiyəsiz status yazması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Axşam.az saytına açıqlamasında Brilliant Dadaşova bu iddiaları təkzib edib:

“Bu məsələ ilə bağlı bircə kəlmə danışmayacağam. Çünki mən belə quraşdırma skandallara cavab vermirəm. Həmin profil mənim deyil, saxtadır. Mənim səhifəmdə belə bir status yazılmayıb”.

Xatırladaq ki, xəbər saytlarında guya Brilliant Dadaşovanın “Facebook” hesabında Aygün Kazımova haqda təhqirəmiz ifadələr yazdığı iddia edilib.