"Özümüzə kilsə toyu da edəcəyik"

"Özümüzə kilsə toyu da edəcəyik"
2787 dəfə oxunub
  • A-
  • A
  • A+
Almaniyalı aktrisa Vilma Elles “NGZ” alman jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, aktrisa hazırda rol aldığı “Filinta” serialından bəhs edib:

“Bir çox aktrisa adətən roluna görə hamilə obrazını canlandırır. Mən də həm serialda, həm də real həyatda hamiləyəm. Çəkiliş meydançasındakı yaşayışımla reallıq bir-birini tamamlayır”.

Əkiz uşaq anası olmağa hazırlaşan Vilma kəbinli həyat yoldaşı, iş adamı Kərəm Göyüşlə toy hazırlıqlarına başladığını deyib:

“Hələ toy planları qururuq. Mərasim həm alman, həm də türk ənənələrinə uyğun keçiriləcək. Türkiyədəki nikahdan bir həftə sonra kilsə toyu edəcəyik”.

Qeyd edək ki, Vilma Elleslə Kərəm Göyüşün toyu bu ilin yayına planlaşdırılır. Cütlük ötən ilin dekabrında dini nikah bağlayıb. Vilma nikahdan əvvəl islamı qəbul edərək özünə Əsli adını götürmüşdü.