“Mənə seksual yerinə, gözəl desələr daha yaxşıdır”

“Mənə seksual yerinə, gözəl desələr daha yaxşıdır”
7108 dəfə oxunub
  • A-
  • A
  • A+
 “Aşkı-Məmnu”da Peykər, “Möhtəşəm yüz il”də Mahidevran Sultan rolunu canlandıran aktrisa Nur Fəttahoğlu “Hürriyət”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, hazırda çəkildiyi “Filinta” serialından bəhs edən aktrisa ailəsindən və həyata baxışından danışıb. O, seksual yox, gözəl qadın adlandırılmağı sevdiyini bildirib:
 
“Seksual sözündənsə, mənə gözəl desələr, daha yaxşıdır. Ancaq özümü gözəl də hesab etmirəm. Ürəyim yaxşı olsun, bəsimdir. Qarşımdakı insanda da fiziki görünüşə önəm vermirəm. Onsuz da hamımız qocalacağıq. Kişidə ən bəyəndiyim şey ürək təmizliyi və ağıllı olmasıdır”.

Nur yaşının artmasından qorxmadığını söyləyib:
“35 yaşım var və buna görə narahat deyiləm. Həyata baxışım hələ indi formalaşır. Üzümdəki hər bir qırış bir həyat nişanəsidir. Qocalmaqdan qorxmuram”.

Bu ilin yanvarında Levent Vəziroğlundan boşanan N.Fəttahoğlu kənardan adamayovuşmaz təsiri bağışladığını deyib:

“Bir qadının belə bir müddətdə təkbaşına ayaqda dayanması və mübarizə aparması çox çətindir. İstər-istəməz ətrafdakılara qarşı “divar hörürsən” və hamını yaxınına buraxmamağa çalşırsan. Yəqin bu səbəbdən kənardan baxanlara soyuq görünürəm”.