“Dünyadakı ən böyük xoşbəxtlik...” - Kıvanç

“Dünyadakı ən böyük xoşbəxtlik...” - Kıvanç
2610 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kıvanç Tatlıtuğ “GQ Türkiye” jurnalına müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, təbiəti çox sevdiyini deyən aktyor uzaq qəsəbələrdə onu heç kimin tanımadığını və bundan böyük həzz aldığını deyib:

“Çox vaxt bilmirlər kiməm. Tanısalar da, o qədər əhəmiyyət vermirlər. Sənə çay süzürlər və söhbətə başlayırlar. Bunu çox sevirəm. Adamların təbii və səmimi olduqları mühiti xoşlayıram. Pul, şöhrət insana xoşbəxtlik vermir. Meşədə 3-4 nəfər dostumla dincəlmək, at çapmaq mənim üçün dünyadakı ən böyük xoşbəxtlikdir”.

Kıvanç lazımi anda istədiyi qərarı verə bildiyini bildirib:

“Yarımçıq qoymalı olduğum işi elə oradaca bitirirəm. Sərbəst olmağı çox sevirəm. Nədənsə bezəndə arxaya dönüb baxmadan gedərəm. Allaha şükür, səhhətim yerindədir. Ancaq hüzurum, xoşbəxtliyim yaraşıqlı olmağım və qazandığım pulla bərabər deyil”.