Oğlunun şəklini üzünə döymə etdirdi – fotolar

Oğlunun şəklini üzünə döymə etdirdi –  fotolar
4169 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da yaşayan Kristian Sekrist adlı 20 yaşlı gənc ata olmağının sevincini yaşamaq üçün qəribə yola əl atıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Kristian yeni doğulan oğlunun şəklini üzünə döymə etdirib. Sifətinin yarısını tutan döyməsinin şəklini sosial şəbəkədə paylaşan ata istifadəçilərin müxtəlif reaksiyası ilə qarşılaşıb. Bəziləri “Bu nədir? Necə bərbad bir iş tutduğunu bilirsən? Heç də xoş deyil” şəklində şərhlər yazsa da, digərləri bunu bəyənib. K.Sekrist isə körpəsinin döyməyə baxarkən gülümsədiyini əsas gətirərək bütün tənqidləri vecinə almadığını bildirib. Qeyd edək ki, Kristianın başının digər hissəsində skelet və gül döymələri də var.

Daha əvvəl isə Amerikada yaşayan bir ailə qızlarının xal ləkəsini ayaqlarına döymə etdirmişdi.