Şahan Gökbakar evlənir

Şahan Gökbakar evlənir
2750 dəfə oxunub
  • A-
  • A
  • A+
“Rəcəb İvedik” filmləri ilə tanınan aktyor Şahan Gökbakar aktrisa Selin Ortaçlı ilə evlənir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yumor ustası 3 ildir birlikdə olduğu sevgilisini ailəsi ilə də tanış edib. Xoş xəbər hər iki tərəfin valideynlərini çox sevindirib.

Yaxın günlərdə ailə qurmaları gözlənilən cütlüyün belə ani qərar verməsinin səbəbi kimi Selinin dörd aylıq hamilə olması göstərilir. İddialara görə, S.Ortaçlı körpəsini xarici ölkədə dünyaya gətirəcək.