Sevgilisi olmayanlar üçün "selfi" ixtirası - fotolar

Sevgilisi olmayanlar üçün "selfi" ixtirası - fotolar
2986 dəfə oxunub
  • A-
  • A
  • A+
Smartfonların aktuallaşdığı bir dövrdə başlayan “selfi” çılğınlığı özü ilə bərabər bir çox yenilik gətirdi.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “selfi çubuqları”ndan sonra daha bir ixtira meydana çıxıb. Castin Krou və Arik Snii adlı ixtiraçılar sevgilisi olmayanların selfi çəkdirə bilmələri üçün protez əl hazırlayıblar.

Telefona bərkidilən həmin qurğu vasitəsilə hər kəs fotoqraf Murad Osmanın məşhur “Follow me” layihəsinə uyğun olaraq şəkil çəkdirə biləcək.

Yalnız insanlara xoşbəxtlik bəxş etmək niyyəti ilə bunu etdiklərini bildirən Castinlə Arik sosial şəbəkənin müzakirə mövzusuna çevriliblər. Bir çoxları tərəfindən bəyənilən bu məhsul xüsusilə “təkbaşına tətil edənlər üçün” əlverişli vasitə adlandırılıb.