Mayli Sayrus keçmiş sevgilisi ilə barışır

Mayli Sayrus keçmiş sevgilisi ilə barışır
2036 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mayli Sayrusun keçmiş sevgilisi, aktyor Liam Hemsvortla yenidən münasibət qurması haqqında iddialar yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir ay əvvəl Patrik Şvarsneqqerden ayrılan ifaçı axır vaxtlar tez-tez Liamla bir yerdə vaxt keçirir. Yaxınlarının dediyinə görə, Los-Ancelesdə görüşən cütlük keçmiş münasibətlərini bərpa etmək istəyirlər.

Hətta 25 yaşlı Hemsvortun bir müddət Maylinin məktublarına və mesajlarına cavab vermədiyi, ancaq sonra fikrini dəyişdiyi deyilir.

Qeyd edək ki, M.Sayrus aktyor Arnold Şvarsneqqerin oğlundan bu yaxınlarda ayrılıb. O, daha öncə də 2009-12-ci illərdə L.Hemsvorta eşq yaşayıb.