Mətanət: "Tüpürməmişəm, soyuq duş etmişəm" - video

Mətanət: "Tüpürməmişəm, soyuq duş etmişəm" - video
7516 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Mətanət Əliverdiyeva "Gündəlik” verilişində müğənni Rəhim Rəhimlinin üzünə "tüpürməsi"nə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, proqramın bugünkü buraxılışında o, əslində Rəhimə tüpürmədiyini, "təmiz su ilə soyuq duş" etdiyini deyib:

"Rəhim Rəhimli coşmuşdu, şou-biznesi qatıb qatışdırdı, saxlaya bilmirdik. Mən də suyu aldım, onun üçün soyuq duş etdim. Bu gün də bütün saytlar yazıb ki, "Mətanət tüpürdü". Əgər ağız ifrazatıyla adi suyu ayıra bilmirsinizsə, yazıqlar sizə. Sabah da kiməsə süni nəfəs etsəm, yazacaqlar ki, "Mətanət öpüşdü"?Mən şounu anlamayan adamlara gülürəm. Rəhimi 80-ci illərin sonundan tanıyıram. Rəhim mənim dostumdur, hər adamla o zarafatı etmirəm".