Tanınmış rəqqasə “Şeron”un solisti oldu - fotolar

Tanınmış rəqqasə “Şeron”un solisti oldu - fotolar
2847 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar-müğənni Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu ötən gün tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-ın məlumatına görə, qrupun tərkibinə yeni solist daxil etməsi diqqətdən qaçmayıb.

Belə ki, tanınmış rəqqasə Cesika bundan sonra “Şeron”da oxuyacaq. Səhnəyə çıxan R.Zeynallı “Yeni üzvümüz Cesikadır” deyə bildirib. 

Qeyd edək ki, “Şeron” qrupunun solistləri arasında Rüstəm Zeynallı, Nicat Rəhimov, Əbdülkəbir Kərimov, Anar Musayev yer alırdı. Bu yaxınlarda isə N.Rəhimov qrupu tərk edərək, solo fəaliyyətə başlayıb.

Foto: Ramin ASLANOV