Sərdar Ortaç Ədalət Şükürovun mahnısını oxudu - açıqlama+audio

Sərdar Ortaç Ədalət Şükürovun mahnısını oxudu - açıqlama+audio
5328 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Sərdar Ortaç əməkdar artist Ədalət Şükürovun mahnısını yeni albomuna daxil edib.

Axşam.az-ın məlumatına görə, "Dedim yox" adlanan bəstənin sözləri və musiqisi Ə.Şükürova məxsusdur.

"Ortaçın "Çək əlini üstümdən" albomunda on mahnı yer alıb. Diskdə Türkiyənin ən məşhur simaları - Mustafa Ceceli, Uğur Kirik, Volqa Tamöz kimi musiqiçilərin mahnıları var. Londonda hazırlanan alboma azərbaycanlı müğənni Ədalət Şükürovun da gözəl bəstəsi daxildir. Sərtar Ortaç mahnını özünəməxsus tərzdə səsləndirib" deyə, məlumatda bildirilib.

Ə.Şükürov əməkdaşımızla söhbətində türkiyəli ifaçının bunun üçün ondan icazə aldığını bildirib:

"Mənə zəng vurub, mahnımı oxumaq üçün icazə aldılar. Mən də heç bir təmənna güdmədən razılıq verdim. Hətta sənəd göndərdilər, imzaladım. O mahnını on il bundan əvvəl gitarada ifa etmişəm. Skripkaçı Ceyhun da məni öz ansamblı ilə müşayiət edib. Bizim mahnıları türkiyəli ifaçılar səsləndirib, həmişə də anonim yazıblar. İndi Azərbaycan mahnısına müəllifin adının yazılması adama zövq verir. Sərdar Ortaçla bir neçə dəfə Moskvada toyda eyni səhnəni paylaşmışıq. Qismət olsa nə vaxtsa görüşüb, tanış olarıq".

Ə.Şükürov "Bəs siz nə vaxtsa Sərdar Ortaçın bəstəsin oxumaq istərdiniz" sualına isə belə cavab verib:
"İstəmərəm. Buna ehtiyac yoxdur".