Brilliant konsertinə belə hazırlaşır

Brilliant konsertinə belə hazırlaşır
1021 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova mayın 29-da baş tutacaq solo konsertinin hazırlıqlarına başlayıb.

Axşam.az-ın məlumatına görə, məşq zamanı çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşan müğənni pərəstişkarlarına sürprizlər hazırlayıb.

Ən sevilən mahnılarını yeni aranjimanda hazırlayan xalq artistinin “Facebook” dostlarına da hədiyyəsi olacaq. 

Belə ki, sənətçi konsertə gəlmək üçün imkanı olmayan, bilet tapmayan dostlarına dəvətnamələr göndərəcək.

B.Dadaşova konsert günü “Düşmənlərim çatlasın” mahnısını məhz sosial şəbəkədə onu izləyənlər üçün ifa edəcəyini bildirib.

Qeyd edək ki, Brilliant Dadaşovanın “Apar məni” adlı solo konserti Heydər Əliyev Sarayında baş tutacaq.