Məşhurlar Ülvi üçün həmrəy olacaq

Məşhurlar Ülvi üçün həmrəy olacaq
1516 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 24-də “Ulduzların həmrəyliyi” adlı xeyriyyə tədbiri keçiriləcək.

Axşam.az-ın məlumatına görə, tədbirin təşkilatçısı rejissor Nail Naiboğludur. 

Rejissor mərasimdən əldə olunacaq gəlirin 6 yaşlı uşağın əməliyyatına xərclənəcəyini deyib:

“Ülvi anadangəlmə lal və kardır. Təcili beyindaxili əməliyyat olunmalıdır. Sözügedən tədbirdə lazım olan məbləği toplamağa çalışacağıq. Bununla bağlı sənət aləminin tanınmış simalarını bir araya yığıb, konsert təşkil edəcəm. Xeyriyyə aksiyasına müğənnilərlə yanaşı dövlət, incəsənət xadimləri, aparıcılar da qatılacaq”.

Qeyd edək ki, "Ulduzların həmrəyliyi" adlı konsert saat 15:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.