Vüsalə AzTV-dən çıxarılmayıb

Vüsalə AzTV-dən çıxarılmayıb
5188 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Vüsalə Əyyubqızı AzTV-dəki işini davam etdirir.

Axşam.az-ın məlumatına görə, Türkiyənin “Ben bilməm, eşim bilir” yarışma verilişinə qatıldığı üçün işdən uzaqlaşdırıldığı deyilən aparıcı ötən gün “Xəbərlər”in axşam buraxılışı ilə efirə çıxıb. 

V.Əyyubqızı əməkdaşımızla söhbətində bunları deyib:

“Dünən efirə çıxdım. Bununla da bütün xəbərlərin əslində şayiə olduğunu göstərdim”.

Qeyd edək ki, aparıcı "Ben bilməm, eşim bilir"də həyat yoldaşı ilə birgə avtomobil qazanıb.