Tunay: "Onlara ayıb olsun, utansınlar"

Tunay: "Onlara ayıb olsun, utansınlar"
3861 dəfə oxunub
  • A-
  • A
  • A+
Model-aktrisa Tunay Əliyeva seriala çəkilmək üçün Türkiyəyə yollanır.

Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində aktrisa özü məlumat verib:

“Uzun müddətdir, bunu gözləyirdim. Bilirdim ki, mənə Türkiyədən film və ya serial təklifi gələcək. Hətta yaxınlarım deyirdi ki, bəlkə özün İstanbula gedib rejissora müraciət edəsən? Bir həftə bundan əvvəl çox məşhur bir rejissordan serial təklifi aldım. İyunda qardaş ölkəyə gedirəm. Adını açıqlaya bilmirəm. Mən özümə görə yox, Azərbaycanın adına sevindim. İstəyirəm ki, istedadlı adamlarımızın hamısı üçün belə təkliflər gəlsin. Mən aktrisayam, başqa yerdən gəlirim yoxdur. Ancaq işimlə pul qazanıram. Rejissordan soruşdum ki, çəkilişlər nə qədər davam edəcək və mən İstanbulda neçə müddət qalacam? O da dedi ki, serial bir il olacaq. Amma sən bir ömür boyu burada qalacaqsan. Aktrisa kimi təcrübəm var. Bundan əvvəl “Əzizim Fellini, “Ultionis” kimi ekran işlərində baş rolda çəkilmişəm. Bununla da sözümü demişəm. Hətta Yaşar Nuri kimi böyük sənətkar məni tərifləmişdi”.

T.Əliyeva yerli rejissorları tənqid edib:

“Öz rejissorlarımızdan təklif almıram. Bunun səbəbini bilmirəm. Məni aktrisa kimi tanımırlarsa, onlara ayıb olsun. “Əzizim Fellini”yə baxsınlar. Məni kinolara çəkmədiklərinə görə rejissorlarımız utansınlar. Hamısı qeyri-peşəkardır, istedada dəyər verə bilmirlər. Mən cəmiyyət içində olmağı sevmirəm, tədbirlərə qatılmıram. Rejissor aktyoru kastinqə çağırıb orada seçməlidir. Hansısa tədbirdə görüb yadına düşməməlidir. Mən Azərbaycanın ən bahalı modeliyəm. İndi də iddialıyam, Azərbaycanın ən bahalı aktrisası olacam. Bunu isə Türkiyə mediasından izləyəcəksiniz”.