Xoşqədəm özündən getdi - fotolar+video

Xoşqədəm özündən getdi - fotolar+video
13779 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-in “Sən tək deyilsən” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının canlı efirdə ürəyi gedib.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, aparıcı proqram zamanı özünü pis hiss edərək, su istəyib. Onun yardımına muğam ifaçısı Elnarə Abdullayeva və verilişdə olan digər şəxslər gəlib. Daha sonra qəflətən aparıcının huşu itib.

Verilişdə reklam fasiləsi elan olunub. Reklam fasiləsindən sonra Xoşqədəm Hidayətqızı baş verən olayla bağlı açıqlama verib:
 
"Məni bağışlayın. Bilirəm ki, indi hər kəs narahat olub. Narahatçılığa əsas yoxdur. Bundan öncəki proyektlərim canlı deyildi. İnsanların əksəriyyəti baş verənləri görmürdü. İndi canlı veriliş olduğuna görə bu cür hallar oldu. Mən bacımın övladının ölüm xəbərini studiyada alıb, verilişi sona qədər aparmışam. Ancaq bu cür anaları gözüyaşlı görəndə pis oluram"