7 yaşlı azərbaycanlı dünya çempionu oldu

7 yaşlı azərbaycanlı dünya çempionu oldu
2268 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncədən olan gənc şahmatçı Leyla Budaqova Tailandın Patayya şəhərində məktəblilər arasında keçirilmiş şahmat üzrə dünya çempionatında qızıl medal qazanıb.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, 7 yaşından 17 yaşınadək kateqoriyada klassik şahmat üzrə yarışlarda istedadlı şahmatçımız axırıncı turda qara fiqurlarla Altunay Kuzxamkulovaya (Qazaxıstan) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeri gəlmişkən, Leyla iki qızıl medalla evə qayıdır. O, həm də öz yaş qrupunda blits-turnirin qalibi olub. Mayın 11-də standart şahmatdan kənar istirahət günü Tailandda məktəblilər arasında blits üzrə dünya çempionatı olub. Gəncə şahmatçısı yeddi oyunda 6 qələbə qazanaraq 17 yaşınadək olan idmançılar arasında birinci olub.