Röyaya sürpriz etdilər – video

Röyaya sürpriz etdilər –  video
2397 dəfə oxunub
  • A-
  • A
  • A+
Pərəstişkarları müğənni Röya Ayxana sürpriz hazırlayıblar.

Axşam.az-ın məlumatına görə, onlar ifaçının “Bakı 2015” mahnısına klip çəkib, nitq qüsurlu insanlara dəstək üçün işarə dilindən istifadə ediblər.

Ona qarşı edilən bu jesti çox bəyəndiyini bildirən R.Ayxan hər kəsə təşəkkür edib:

“Qoy bütün Azərbaycan sevinsin. Bütün dünya ölkəmizin az bir müddətdə nələrə qadir olduğunu görsün. Hər bir uğurun arxasında əziyyət durur. Səbrli olun. Ölkəmiz hamıya və hər şeyə dəstək olacaq. Onsuz hamının problemi var. Kasıbımız da var... Elə bilməyin ki, mən rahat yatıb-dururam. Amma həyat bizi əzməməlidir. Hər günümüzə şükür edək. Siz məni qınasanız da, sizi sevirəm. Bu video məni xoşbəxt etdi. Çox sağ olsunlar”.