Cavanşir: "Buna görə də sərbəst gəzə bilmirəm"

Cavanşir: "Buna görə də sərbəst gəzə bilmirəm"
1273 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Cavanşir Məmmədov “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni sevgidən bəhs edib:

“Dünyanı yaxşı və ya pis günə salan sevgidir. Sevgi pulu da üstələyir. İnsanlar var aylarla quru çörək yeyirlər, amma bir-birinə qısılırlar”.

C.Məmmədov küçədə sərbəst gəzə bilməməkdən də şikayətlənib:

“İctimai nəqliyyatdan istifadə etməyi sevirəm. Axırıncı dəfə 1993-cü ildə avtobusa minmişəm. Hərdən Dənizkənarı bulvara çıxır, velosiped sürürəm. Amma o qədər adam yaxınlaşır, şəkil çəkdirir, avtoqraf alır ki... Buna görə də sərbəst gəzə bilmirəm”.