"Sevəcəyim insanın maddi durumu yaxşı olmalıdır" - Lətafət

"Sevəcəyim insanın maddi durumu yaxşı olmalıdır" -  Lətafət
2587 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Lətafət Ələkbərova ANS-də yeni veriliş hazırlayır.

Axşam.az-a açıqlama verən aparıcı layihənin yayda efirə gedəcəyini bildirib:

“Hazırlıqlara başlamışıq. Yay layihəsi olacaq. Bütün verilişlər mövsüm istirahətinə yollananda, biz efirə çıxacağıq. Musiqili şou verilişidir”.

Sevgidən bəhs edən L.Ələkbərova yenidən ailə qurmaq haqda da danışıb:

“Əgər sevgi sənə stimul verirsə, onu yaşamağa dəyər. Hazırda sevdiyim insan yoxdur. Əgər mənə dəyər verən biri olarsa, niyə də sevməyim? Kişi xanımdan hər cəhətdən yüksəkdə dayanmalıdır. Mənim sevəcəyim kişi sərt, maddi durumu yaxşı olmalıdır. Qadın ondan çəkinməlidir. Kişi qadınına həm maddi, həm də mənəvi sahib çıxmalıdır. Əvvəl maddiyata önəm vermirdim. Amma son vaxtlar fikrim dəyişib”.

Qeyd edək ki, həyat yoldaşından ayrılan L.Ələkbərovanın bir qızı var.